RU
Yük maşınının qapısı açılaraq qadına dəymişdi - Xəstəxanada öldü
11:10
13

Yük maşınının qapısı açılaraq qadına dəymişdi - Xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sentyabrın 16-sı Biləcəri qəsəbəsində "KamAZ" markalı yük maşını hərəkətdə olarkən qapısı açılaraq yol kənarındakı piyadaya dəyib. Nəticədə piyada Kəmalə Novruz qızı Rəhmanova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o, oktyabrın 13-ü Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ