7NEWS.az xəbər verir ki, Sosial mediada paylaşılan görüntülərdə bəzi stansiyalarda yüksək sürətlə keçən maşinistsiz yük qatarının ölkə daxilində böyük əks-sədası yaranıb. Yerli mətbuatın məlumatına görə, yük qatarı Kəşmir bölgəsindəki Cammu şəhəri yaxınlığındakı Kathua şəhərindən Pəncabın Hoşiarpur şəhərinə maşinistsiz gedib. Müstəntiqlər maşinistləri dəyişmək üçün Kathuada dayanan yük qatarının yeni maşinistlər minmədən necə özbaşına yola düşdüyünü araşdırır.
7NEWS.az








