RU
Yük və minik maşınları toqquşdu: xəsarət alanlar var - FOTO
12:12
342

Yük və minik maşınları toqquşdu: xəsarət alanlar var - FOTO

Lənkəranda yük və minik maşınları toqquşub.

Hadisə Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində baş verib.

Rayonun Şiləvar kənd sakini, 66 yaşlı Ehtiram Axundovun idarə etdiyi "VAZ-2107” markalı maşınla 10 KJ 868 dövlət qeydiyyat nişanlı, "Ford” markalı yük maşını toqquşub. 

Nəticədə, minik maşını daş hasara, yük maşını isə elektrik dirəyinə çırpılıb.

"VAZ”ın sürücüsü E.Axundov və sərnişini, 62 yaşlı İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Axundovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ