Kembric hersoqu və hersoginyası Uilyam və Keytin Essexdəki məktəbi ziyarətləri zaman kuryoz hadisə yaşanıb.
7News.az xəbər verir ki, Essexin lord-leytenantının müavini, həmçinin İngiltərə kraliçasının qraflıqdakı nümayəndəsi olan 72 yaşlı Conatan Duqlas Hyugsun ayağı daşa ilişərək yıxılıb. Onun köməyinə dərhal şahzadə Uilyam yetişib və ayağa qalxmasına yardım edib.
Yerli media isə hadisəni kənardan izləyən Keyti krizis situasiyada nə edəcəyinə qərar verə bilməməkdə qınayıb./qafqazinfo
7News.az








