Lancet Countdown hesabatına görə, keçən il dünyada 86 gün həyat üçün təhlükə yaradan temperatur müşahidə olunub.
7NEWS.az xəbər verir ki, beynəlxalq ekspertlər qrupu xəbərdarlıq edib ki, yaxın illərdə həddindən artıq istilərdən təxminən beş dəfə çox insan öləcək. İqlim dəyişikliyinin sağlamlığa təsirləri üzərində çalışan mütəxəssisləri bir araya gətirən Lancet Countdown-un son araşdırma hesabatında, iqlim dəyişikliyi ilə bağlı tədbirlər görülməsə, "bəşəriyyətin sağlamlığı ciddi risk altındadır” xəbərdarlığı edilib.
7NEWS.az








