RU
Yüksək vəzifəli şəxsin qardaşı Müşfiq Allahverdiyev qaynını vəhşicəsinə bıçaqladı
00:31
6292

Yüksək vəzifəli şəxsin qardaşı Müşfiq Allahverdiyev qaynını vəhşicəsinə bıçaqladı

Göyçay rayonunda keçmiş qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
Hadisə martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu keçmiş həyat yoldaşının qardaşı Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirib.
Hadisə məişət avadanlıqları mağazasının qarşısında baş verib.
Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb.Ağır bədən xəsarəti alan İlqar İsgəndərovu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Müşfiq Allahverdiyev bununla hirsi soyumayıb Göyçay Rayon Xəstəxanasına hücum çəkib. Hadisəni törədən Müşfiq Allahverdiyev tutularaq istintaqa təhvil verilib.Qeyd edək ki, Müşfiq Allahverdiyevin qardaşı Anar Allahverdiyev Dövlət Gömrük Komitəsində broker işləyir.Mövzunu diqqətdə saxlayacağıq.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./regionxeberleri.com


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ