"Yüksəliş" müsabiqəsinin final mərhələsinə 116 nəfər keçib. Həmin namizədlərdən 80 %-i Bakıdan, 20 %-i isə regionlardan qatılanlardır.
Bunu gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, finala keçən iştirakçılardan 17 nəfəri qadındır:
"Təxminən 60 faiz namizəd özəl, 40 faizi isə dövlət sektorunun nümayəndələridir".
O qeyd edib ki, hər bir iştirakçı ilə bağlı onun psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək.








