RU
Yumruqlaşan güləşçimiz yarışdan qovuldu
15:15
591

Yumruqlaşan güləşçimiz yarışdan qovuldu

Yarışın nəticəsi ləğv edilib.

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.

Təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.

125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib./aznews

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ