Hamının lazımsız bildiyi bir şey əslində dəyərli imiş.
7News.az xəbər verir ki, mütəxəssislər yumurta qaynatdığınız suyu yararsız sayaraq tökməməyi məsləhət görür. Yumurta qaynatdığınız su mineral və kalsium baxımından olduqca zəngin imiş. Evinizdə olan çiçəklərinizi bu su ilə sulayaraq solmuş çiçəklərinizi belə canlı hala gətirə bilərsiniz.
Həmçinin saçınızın daha gözəl görünməsi üçün də bu sudan istifadə etmək olar. Suyu isidib saçınıza tökün. Zülal baxımından zəngin olan yumurta suda qaynadıldıqda zülal suda həll olunur və saçınızın daha canlı görünməsini təmin edər.








