RU
Yumurtanın qiyməti niyə qalxdı?
00:00
1400

Yumurtanın qiyməti niyə qalxdı?

Son bir neçə həftə ərzində ölkədə yumurtanın qiymətində artım müşahidə edilir. Kənd yumurtasını qoyaq qırağa , orda qiymətə təsir edə biləcək bir neçə amil var.

7news.az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, əsas sual isə broyler yumurtaları ilə bağlı ortaya çıxır. İldə 1 mlrd -a yaxın yumurta istehsal edən ölkədə , bu məhsulun qiymətində niyə artım olmalıdır? Tərəflər bir-birini günahlandırırlar.

Vətəndaşlar son günlərdə ölkədə broyler yumurtalarının qiymətinin artdığını deyir. Qiymətdə fərq 2-3, bəzən isə 5 qəpikdən də çoxdur.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə deyilənlərlə razılaşmır, xeyli müddətdir broyler yumurtalarının qiymətlərinin stabil olduğunu deyir.
Satıcılar isə əksinə, istehsalçıları günahlandırır.

Aydın Vəliyevin sözlərinə görə Azərbaycanın özünü yumurta ilə tam təmin edir, hətta hər gün 1 mln ədəd yumurta ixrac edə bilər. Amma ixrac iddiasında olan ölkədə, yumurtanın qiymətinin niyə qalxdığı anlaşılmazdır.

7news.az

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ