Yunanıstan baş naziri Alexis Tsipras Rusiya təyyarəsinin vurulmasının ardından Twitter-də türkiyəli həmkarı Ahmet Davutoğluna hücum edib.
7news.az BBC-yə istinadən xəbər verir ki, Tsipras paylaşdığı dörd tvitini Davutoğluna ünvanlayıb və Türkiyənin Yunanıstanın hava məkanını pozmasından şikayətlənib.
“Xoşbəxtlikdən bizim pilotlar sizinkilər kimi civəli deyil,” onun ilk tvitində deyilir.
Davutoğlu buna cavab olaraq cənab Tsiprası “müsbət gündəmə köklənməyə” çağırıb.
Mübahisə keçən həftə Rusiya təyyarəsinin vurulmasından sonra başlayıb. Türkiyə, təyyarənin Suriyada keçirilən əməliyyatlar çərçivəsində onun hava məkanını pozduğunu bildirib.
Rusiya isə təyyarəsinin Türkiyə ərazisində olduğunu təkzib edib.
Baş nazirlər arasındakı Twitter mübahisəsi bazar günü Brüsseldə keçirilmiş qaçqınlarla bağlı Aİ-Türkiyə sammitindən sonra başlayıb.
Tsipras Twitter-lə bildirib: “Egeydə baş verənlər çox çirkin və inanılmazdır. Biz silahlara milyardlarla pul xərcləyirik. Siz – bizim hava məkanımızı pozmaq üçün, biz – sizi ələ keçirmək üçün.
“Bizim ən müasir hava silah sistemimiz var – quruda isə biz günahsız adamları batıran insan qaçaqçılarını yaxalaya bilmirik”.
7news.az








