RU
Yunanıstan 6 günlük iş rejiminə keçir
14:13
29

Yunanıstan 6 günlük iş rejiminə keçir


Qonşu Yunanıstanda həftəlik iş günlərinin sayı beşdən altıya qədər artırılır ki, bu da həmkarlar ittifaqları tərəfindən "barbarlıq” adlandırılır.

7NEWS.az xəbər verir ki, dünyanın bir çox ölkəsində iş saatları qısaldılır və 4 günlük iş sistemi sınaqdan keçirilərkən, qonşu Yunanıstanda iş günlərinin sayını 5-dən 6-ya qaldıracaq təcrübə tətbiq edilib. Səlahiyyətlilər "məhsuldarlığı artırmağı və iqtisadi dirçəlişi sürətləndirməyi" planlaşdırdıqlarını iddia etsələr də, həmkarlar ittifaqları qərarı "barbarlıq" adlandırırlar. Ötən il parlament tərəfindən təsdiqlənən və qüvvəyə minən genişmiqyaslı əmək qanununun bir hissəsi olan təcrübə ilə həftəlik 40 saatlıq iş vaxtı 48 saata çatdırılır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ