7NEWS.az xəbər verir ki, Yunanıstanda 81 nəfərin öldüyü, 500-ə yaxın insanın itdiyi miqrant qayığı qəzasının əks-sədaları davam edərkən, Yunanıstan sahil mühafizəsinin fəlakətdə diqqətdən kənarda qaldığı iddiaları günü-gündən güclənir. Afina Vəkillər Kollegiyasının çağırışı ilə fəlakəti araşdırmaq üçün 70 vəkildən ibarət qrup yaradılacağı bildirilir. Vəkillər kollegiyasından verilən açıqlamada, "Biz inanırıq ki, həddindən artıq yüklənmiş qayıq vaxtında aşkar edildiyi üçün fəlakətin qarşısı alına bilərdi, lakin hadisəni izləyən sahil mühafizəsi rəsmiləri və sərhəd mühafizə orqanı Frontex bunu qəbul etmədi"-dedi.
7NEWS.az








