RU
Yunanıstan Türkiyəni dövlət sərhədini pozmaqda ittiham etdi
14:07
370

Yunanıstan Türkiyəni dövlət sərhədini pozmaqda ittiham etdi

Altı türk hərbi təyyarəsi çərşənbə günü 138 dəfə Yunanıstanın hava məkanının sərhədlərini pozub.  

Bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahına istinadən Afina xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, sərhədi altı təyyarə pozub. İki türk təyyarəsi səhər saat 7:43 və 8:41 radələrində 126 dəfə, o cümlədən İmia və Kalolimnos adaları üzərində səkkiz dəfə milli hava məkanının sərhədlərini pozublar. 

"Türk təyyarələrinin hamısı silahlı olublar və bütün hallarda yunan qırıcıları tərəfindən qarşısı alınıb”, - Baş Qərargahdan bildirilib. 

Yunanıstanın müdafiə naziri Panos Kammenos çoxsaylı sərhəd pozuntuları ilə əlaqədar silahlı qüvvələrin istənilən çağırışa cavab verməyə hazır olduğunu bildirib./oxu.az

 

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ