7NEWS.az xəbər verir ki, Yunanıstanda "Daniel" fırtınasının səbəb olduğu güclü yağışdan sonra baş verən seldə can itkiləri artır. Karditsanın Ellinopirqos kəndində sel sularında sürüklənən 82 yaşlı kişinin ölümü ilə sel fəlakətində həyatını itirənlərin sayı 3-ə yüksəldi. Meteoroloji xidmətin məlumatına görə, Yunanıstanın mərkəzində yerləşən Fesaliya bölgəsində son 48 saat ərzində güclü daşqınlar baş verib. Seldən ən çox zərər çəkən şəhərlərdən biri olan Volosda su, internet və elektrik kəsilməsi davam edir.
7NEWS.az








