RU
Yunanıstana 3 ay vaxt verildi
23:00
446

Yunanıstana 3 ay vaxt verildi

Avropa İttifaqı Şurası Şengen razılaşmasının həyata keçirilməsindəki pozuntuları aradan qaldırmaq üçün Yunanıstana 3 ay vaxt verib.

7news.az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda məlumat verilir.

"12 fevral 2016-cı il tarixində Şura Yunanıstanın xarici sərhədlər üzrə Şengen razılaşmasının tələblərini ciddi pozmasıyla bağlı qərar üzrə tövsiyəni təsdiq edib. Tövsiyədə Yunanıstana bu çatışmazlıqları aradan qaldırmaq məsləhət görülür", - deyə sənəddə bildirilir.

Sənəddə həmçinin, rəsmi Afinanın Aİ Şurasının tövsiyələrinin qüvvəyə mindiyi andan bəri onun icrasını həyata keçirmək üçün 3 ay vaxtının olduğu vurğulanır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ