Yunanıstanın cənubunda zəlzələ baş verib. Zəlzələnin maqnitudasının 5,8 olduğu açıqlanıb.
7NEWS.az xəbər verir ki, Yunanıstanın Peloponnes yarımadasının qərbində 5,8 bal gücündə zəlzələ baş verib. Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb.
Yerli vaxtla saat 09.12-də baş verən zəlzələ ilə bağlı hələ ki, hər hansı dağıntı qeydə alınmayıb.
7NEWS.az








