RU
Yunanıstanda avropalılardan Covid-19 testi tələb edilməyəcək
11:00
347

Yunanıstanda avropalılardan Covid-19 testi tələb edilməyəcək

Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə Covid-19 testi tələb edilməyəcək.

7NEWS.Az-ın xəbərinə bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris televiziyaya müsahibəsində deyib.
Nazir bildirib ki, fevralın 7-dən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli Covid-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.

Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ