7NEWS.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Aleksandrupolidəki yanğın Dadia Meşəsi Milli Parkına çatıb. Türkiyə sərhədinin təxminən 20 kilometrliyində, Meriç bölgəsindəki Dadias yaxınlığındakı Kavacık (Lefkimi) qəsəbəsində bir nəfərin meyiti tapılıb. Yanğın nəticəsində ölən şəxsin miqrant olduğu təxmin edilir. Bildirilib ki, ehtiyat tədbiri olaraq Aleksandrupolis Dövlət Xəstəxanasının təxliyyəsinə başlanılıb.
7NEWS.az








