7NEWS.az xəbər verir ki, Yunan mətbuatında çıxan xəbərlərdə Pangeo dağındakı yanğının çatılması çətin nöqtədə olduğu üçün bütün müdaxilələrə baxmayaraq 7 gündür nəzarət altına alına bilmədiyi bildirilib. Xəbərdə yanğınla mübarizəyə 280 yanğınsöndürən, 46 yanğınsöndürən maşını, 3 helikopter və 3 təyyarənin ayrıldığı, indiyədək təxminən 13 min dekar meşə sahəsinin külə döndüyü qeyd edilib. Digər tərəfdən, bu gün Yunanıstanın bir çox bölgəsində yüksək yanğın riski səbəbindən "sarı xəbərdarlıq" (3-cü kateqoriya) elan edilib.
7NEWS.az








