RU
Yunanıstanda daşqın: Ölənlərin sayı 3-ə yüksəldi
16:00
61

Yunanıstanda daşqın: Ölənlərin sayı 3-ə yüksəldi


Kardiçada 82 yaşlı daha bir adamın sel sularında həyatını itirdiyi açıqlanıb. Bildirilib ki, zərurət olmadıqca nəqliyyata çıxmamalısınız.

7NEWS.az xəbər verir ki, Yunanıstanda son iki gündə sel fəlakəti nəticəsində ölənlərin sayı 3-ə yüksəlib. Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada Kardiçada sel sularında qalan 82 yaşlı bir adamın cansız bədəninə çatıldığı qeyd edilib. Dünən Volosda bir nəfərin, bu gün isə Maqnisiyada bir nəfərin həyatını itirdiyi seldə ümumi itki sayı 3 nəfər olub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ