Yunanıstanda "Daniel" qasırğasının yaratdığı seldə həyatını itirənlərin sayı 16-ya yüksəlib.
7NEWS.az xəbər verir ki, keçən həftə Yunanıstanda təsirli olan "Daniel" qasırğasının səbəb olduğu daşqından sonra axtarış işləri davam edərkən, can itkisi artır. Bildirilib ki, dalğıclar tərəfindən aparılan iş zamanı bir nəfərin cansız cəsədi Volos şəhəri yaxınlığında dənizdən çıxarılıb və meyit tanınması üçün morqa aparılıb. Bununla da seldə həyatını itirənlərin sayı 16-ya çatıb.
7NEWS.az








