RU
Yunanıstanda ölənlərin sayı 14-ə yüksəlib
17:10
118

Yunanıstanda ölənlərin sayı 14-ə yüksəlib


Yunanıstanda "Daniel" fırtınasının səbəb olduğu leysan yağışlardan sonra meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 14-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, "Daniel" qasırğasının vurduğu Yunanıstanda insan itkiləri artıb. Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və daşqınlarda həyatını itirənlərin sayının 14-ə yüksəldiyini bildirib. Səlahiyyətlilər 3 nəfərin hələ də itkin olduğunu və son cəsədlərin daşqınlardan ən çox zərər çəkmiş bölgələrdən biri olan Karditsa şəhəri yaxınlığında tapıldığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ