RU
Yunanıstanda meşə yanğınları 9-cu gündə davam edir
16:40
92

Yunanıstanda meşə yanğınları 9-cu gündə davam edir


Alexandroupoli və Meriçdə 1 milyon 600 min dekar meşə sahəsinin 750 min hektarını külə çevirən yanğınlar 9-cu gündə də söndürülə bilməyib. Küləyin istiqamətini dəyişəcəyi təqdirdə zərərin daha da artacağından ehtiyat edilir.

7NEWS.az xəbər verir ki, Yunanıstanda 9 gün əvvəl başlayan meşə yanğınları davam edir. Avqustun 19-da Aleksandrupolidə başlayan və Meriç əyaləti ilə Gümülcine və kəndləri də daxil olmaqla Rodop vilayətini təsir edən yanğınlar hələ də nəzarət altına alına bilməyib. Xüsusilə Dadias meşə sahəsindəki yanğının genişlənməsi nəticəsində bölgənin bəzi kəndləri boşaldılıb. Meriç vilayəti qubernatorunun müavini Dimitris Petroviç Yunanıstan Dövlət Televiziyası ERT-ə açıqlamasında 1 milyon 600 min dekar meşə sahəsinin 750 min hektarının artıq yandırıldığını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ