Yunanıstanda isti dalğası və güclü küləyin təsiri ilə müxtəlif bölgələrdə meşə yanğınları davam edir.
7NEWS.az xəbər verir ki, dünən başlayan meşə yanğınlarına yanğınsöndürmə qrupları müdaxilə edərkən çox sayda insan təhlükəsiz bölgələrə aparılıb. Alovun yaşayış məntəqələrinə sıçraması ilə çox sayda evin külə döndüyü Lutraki, Anavisos və Saronida bölgələrində tövlələrdəki atlar yük maşınları ilə təhlükəsiz bölgələrə daşınıb.
Afinadan təxminən 40 kilometr aralıda yerləşən Dervenoqoriya bölgəsində yanğınla mübarizə gecə boyu davam edib.
7NEWS.az








