7NEWS.az xəbər verir ki, Yunanıstanda kabinet üzvləri prezident Katerina Sakelaropulu və müvəqqəti hökumətin baş naziri Yannis Sarmas qarşısında and içib. Türkiyə Cümhuriyyəti Rəyasət Heyətində keçirilən mərasimdə müvəqqəti hökumətin nazirləri vəzifələrinə başlamazdan əvvəl and içiblər. Yeni kabinetdə Yunanıstanın Ankaradakı keçmiş səfiri Vasilios Kaskarelis Xarici İşlər Nazirliyinə, keçmiş müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı Alkiviadis Stefanis isə müdafiə naziri təyin edilib.
7NEWS.az








