7NEWS.az xəbər verir ki, Yeni Demokratiya tərəfdarları seçkidə qələbəni qeyd etmək üçün partiya binasının qarşısına toplaşıblar. İzdiham qarşısında çıxış edən Mitsotakis partiyasına göstərilən etimada görə seçicilərə təşəkkür edib. Mitsotakis "Mən heç vaxt möcüzələr vəd etmirəm, amma sizə qətiyyətlə deyirəm ki, planlaşdırma, sədaqət və zəhmətlə milli məsuliyyətimə sadiq qalacağam"-dedi. Mitsotakis yeni iqtidar dövründə hədəflərinin yüksək olacağını, maaşların artırılması və sosial ədalətin təmin olunması üçün çalışacağını bildirib.
7NEWS.az








