7NEWS.az xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada, yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib. Açıqlamada Yunanıstanın müxtəlif bölgələrində son 24 saatda 46 meşə yanğınının baş verdiyi və bir çoxunun böyümədən söndürüldüyü bildirilib. Açıqlamada, paytaxt Afinanın da daxil olduğu Attiki Bölgəsindəki meteoroloji şəraitin meşə yanğınları riskini artırdığı vurğulanıb. Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.
7NEWS.az








