RU
Yunanıstanı “Elias” qasırğası vurub
16:37
39

Yunanıstanı “Elias” qasırğası vurub


7NEWS.az xəbər verir ki, "Elias" qasırğası Yunanıstanı vurub. Fırtına ilə əlaqədar ölkənin qərb və mərkəzi bölgələrində tufan və dolu təsirli olub. Ksilokastro şəhərindəki məktəblərdə təhsil dayandırıldığı halda, Epirus bölgəsində və Trikalada yağan dolu nəqliyyatın hərəkətini dayandırıb. Qoz böyüklüyündə yağan dolu avtomobillərə maddi ziyan vurub. Meteorologiya rəsmilərinin verdiyi məlumata görə, dolu ilə müşayiət olunan güclü yağışların Peloponnes yarımadası, Thessaly və Epirus bölgələrində davam edəcəyi gözlənilir. Sabah ölkənin mərkəzi, şərq və cənub rayonlarında tufan intensivliyini artıracağı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ