RU
Yunanlar Milliyyətçi Partiyasının seçkilərdə iştirakına qadağa qoyulub
11:43
20

Yunanlar Milliyyətçi Partiyasının seçkilərdə iştirakına qadağa qoyulub


7NEWS.az xəbər verir ki, Yunanıstanın məhkəmə sistemi keçmiş Qızıl Şəfəq Partiyasının üzvü İlias Kasidiaris tərəfindən qurulan partiyanın mayın 21-də keçiriləcək ümumi seçkilərə girməsinə icazə verməyib. Yunanıstan Dövlət Agentliyi AMNA-nın xəbərinə görə, Yunanıstan Ali Məhkəməsi (Arios Paqos) keçmiş millət vəkili Kasidiaris tərəfindən qurulan Yunan Milliyyətçi Partiyasının 21 Mayda keçiriləcək ümumi seçkilərə qatıla bilməyəcəyinə qərar verib. Kasidiarisin vəkili Vaso Pantazi bildirib ki, Ali Məhkəmənin qərarından sonra Kasidiaris heç bir siyasi quruluşa dəstək verməyəcək.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ