RU
YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib
23:34
390

YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib

YUNESKO-nun İcraiyyə Şurası bazar ertəsi keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib.

7news.Az-ın məlumatına görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.

Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ