RU
YUNESKO-nun xoşməramlı səfiri:
19:18
116

YUNESKO-nun xoşməramlı səfiri: "Qlobal Bakı Forumu dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır"

"Qlobal Bakı Forumunda iştirakdan qürurlanıram. Bu forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır".

7NEWS.Az xəbər verir ki, bunu YUNESKO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis VIII Qlobal Bakı Forumu çərçivəsində "Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zaman deyib.

Onun sözlərinə görə, təmsil etdiyi təşkilat insan hüquqlarının pozuntusu ilə bağlı olan məsələləri həll edir: "Hər bir insan cinsindən və irqindən asılı olmayaraq, hörmətə layiqdir. Sabitliyə, ədalətə çıxış təhsilə investisiyadan başlayır. Hər bir şəxsin cəmiyyətə, təhsilə əlçatanlığı olmalıdır”.

O, vaksinasiyanın gücləndirilməsinin vacibliyini də qeyd edib: "Biz bütün səylərimizi birləşdirib pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ