RU
YUNESKO: Son 11 ildə dünyada 900-dən çox jurnalist qətlə yetirilib
11:00
419

YUNESKO: Son 11 ildə dünyada 900-dən çox jurnalist qətlə yetirilib

Son 11 ildə dünyada 900-dən çox jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. 

7news.Az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması Beynəlxalq günü münasibəti ilə bağlı müraciətində deyib.

"Son 11 ildə dünyada 930-dək jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Orta hesabla, hər dörd gündən bir jurnalist ölür”, - deyə məlumatda qeyd olunub.  

Onun sözlərinə görə, jurnalistlərə qarşı törədilmiş cinayətlər çox vaxt cəzasız qalır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ