Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək.
Gizli səsvermənin ilk turu bu gün baş tutacaq.
Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.
Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.
Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.
İŞ tərəfindən təyin olunan namizəd 10 noyabrda təsdiq ediləcək.
Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacaq. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək. /oxu
7news.Az








