RU
“Yunona” kosmik aparatı Yupiterin orbitinə çıxdı
21:00
904

“Yunona” kosmik aparatı Yupiterin orbitinə çıxdı

Zond 35 dəqiqəlik manevrləri uğurla yerinə yetirdi.

Yupiterin araşdırılması məqsədi ilə “Yunona” kosmik aparatı bu planetin orbitinə daxil olub.   

Bu barədə 7news.Az NASA-ya istinadən xəbər verir. 

Aparat 35 dəqiqəlik manevrləri uğurla yerinə yetirib, manevr zamanı sürətini azaldaraq Yupiterin cazibə qüvvəsinin təsirinə düşüb. 

Bu manevr zamanı komanda mərkəzi aparat ilə yalnız sadə siqnallar mübadiləsi apara bilib, belə ki, bu zaman zondun əsas antenası Yerə istiqamətlənib. Manevr zamanı zond avtopilotda olub, bu səbəbdən də yerdəki operatorların müdaxiləsinə faktiki olaraq ehtiyac qalmayıb. 

Avtomatik planetlərarası stansiyanın missiyasının 1,5 il davam edəcəyi planlaşdırılır, bundan sonra o, planetin atmosferinə daxil olarkən özünü məhv edəcək. 

1 milyard dərində olan kosmik aparatın Yupiterə çatması üçün beş il zaman tələb olunub. O, 2011-ci ildə buraxılıb və o zamandan indiyə qədər 3 milyard km məsafə qət edib.  

Əgər layihə uğurla başa çatarsa, alimlər ilk dəfə Yupiterin buludları altına nəzər salacaq və bu planet, eləcə də Günəş sistemi haqqında bir çox yeni şeylər öyrənəcəklər. Alimlər əsasən Yupiterin bərk nüvəsinin olduğu barədə hipotezi yoxlaya biləcəklərinə ümid edirlər. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ