ABŞ-ın Nyu-Cersi ştatının sakini "Powerball" lotereyasında 429,6 milyon dollarlıq cek-potu udub.
Bu, ABŞ tarixində 9-cu ən böyük uduşdur. Rekord cek-pot 2016-cı ilin yanvarında udulub. 1,6 milyard dollar üç qalib arasında bölünmüşdü.
429,6 milyon dollarlıq cek-potu udan isə Pörl Smit adlı amerikalı qadındır. Valeri Artur, Marsiya, Jaklin, Treysi, Rene, Keti və Stiven adlı 7 övladı olan ananın dediyinə görə, uğurlu rəqəmləri onun övladlarından biri yuxuda görüb.
Onun sözlərinə görə, özü ilə bahəm, övladları da biletlər almışdılar.
"6 dollar xərcləyib multimilyonçu olduq. Məncə, yaxşı investisiya etmişik", - Pörl Smit deyib.
7News.Az








