Dəm qazı 3 ailə üzvünün ölümünə səbəb olub.
7News.Az haberler-ə istinadla xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətində baş verib.
Səhər yuxudan ayılan 15 yaşlı oğlan ailə üzvlərinin öldüyünü görüb. Belə ki, sobadan sızan qaz nəticəsində oğlanın nənəsi, babası və anası dünyasını dəyişib.
Oğlan özü başqa otaqda yatdığına görə dəm qazı ona təsir etməyib.
7News.Az









