Finlandiyada bir adrenalin həvəskarı, öz çılğınlığı ilə hər kəsi şoka salıb.
Hava balonunda dostları ilə birgə yüksək hündürlüyə qalxan Antti Pendikaynen adlı gənc, hər kəs kimi ordan aşağı tulanıb. Amma, paraşütdən istifadə etməyib.
Yüzlərlə metr hündürlükdən paraşütsüz tullandıqdan sonra yerə çırpılacağı təqdirdə nəticənin necə olacağını elə adrenalin həvəskarının özü də yaxşı bilirdi. Amma sanki, tullanışın məsuliyyətini görməzdən gələn gənc, ümidini paraşütlə tullanan dostuna bağlayıb. Plana görə, paraşütlü gənc Pendikayneni havada yaxalamalı, onu sərbəst şəkildə yerə endirməli idi.
Xoşbəxtlikdən külək paraşütsüz tullanan gənci dostlarından çox uzaqlaşdırmayıb. Son anda Pendikayneni yaxalayan dostu, onu yerə endirə bilib. Dünyanın ən təhlükəli tullanışlarından biri, bəlkə də birincisi kimi qələmə verilən şouya, ictimaiyyətin münasibəti birmənalı olmayıb. Onun göz görə-görə ölümə tullanmağını təndiq edənlər kifayət qədərdir. O isə, bu sözlərlə həmin insanlara əvvəlcədən haqq qazandırıb.
Dünya miqyasında maraqla qaşılaşanan görüntülər, ilk dəqiqələrdən geniş auditoriya kütləsi toplayıb./atv
7news.az








