RU
Zabrat gölü daşdı, yolları və evləri su basdı - FOTOLAR
15:47
508

Zabrat gölü daşdı, yolları və evləri su basdı - FOTOLAR

Zabrat gölündə suyun səviyyəsi qalxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nəticədə gölün suyu daşaraq Zabrat - Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb.

O qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub: "Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır”. /apa


 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ