RU
Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb
13:20
119

Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ