RU
Zabratda şirkət maşını 41 yaşlı qadını vuraraq öldürüb
21:00
488

Zabratda şirkət maşını 41 yaşlı qadını vuraraq öldürüb

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Zabrat qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Məmmədkərim Cəlilov şirkətlərdən birinə məxsus "Daewo” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Şəfiyevanı vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ