RU
Zakir Fərəcovun Sumqayıtda villaları tapıldı
11:42
3770

Zakir Fərəcovun Sumqayıtda villaları tapıldı

Şəhərin yeni icra başçısının bələdiyyə sədri dövründə işlədiyi zaman yaratdığı problemlər yenidən gündəmə gətirilir.

Dünən prezidentin sərəncamı ilə Sumqayıt şəhərində icra başçısı təyin edilən Zakir Fərəcovla bağlı maraqlı vəziyyət yaranıb. Vaxtıyla Sumqayıtda bələdiyyə sədri işləmiş icra başçısının həmin dönəmlər torpaq alqı-satqısı ilə bağlı bir xeyli problemləri yaranıbmış. Lakin Abşerona icra başçısı təyinatı aldığından Fərəcovla bunun haqq-hesabını çəmək mümkün olmayıb.

Qeyd edək ki, Zakir Fərəcov bələdiyyə sədri olarkən torpaq sahələrinin vətəndaşlara ayrılması barədə imzaladığı qərarların əksəriyyətinin qanuniliyi ondan sonrakı bələdiyyə sədri tərəfindən mübahisələndirilmişdi. Həmin vaxt bələdiyyə məsələsi ilə əlaqədar məhkəmə proseslərinə çıxmış tanınmış vəkil Anar Qasımlı bununla bağlı yazır ki, bu çəkişmələr zamanı sakinlər xeyli əziyyət və xərc çəkiblər. «Məhkəmələrdə tez-tez eşidirdim: "bu əvvəlki sədrin vaxtında olub", "o vaxt torpaqların hansı prinsiplə paylandığını hamımız bilirik" və s. Həmişə arzulayırdım ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı olsun, xüsusən də indiki bələdiyyə sədri ilə paralel müddətdə. "Dua"ların geriyə oxunmasını duymaq həvəsim vardı. Mənə hadisələrin bundan sonrakı inkişafı maraqlıdır. Komediya olacaq».

Sözün həqiqi mənasında bundan sonra nələrin baş verəcəyi kifayət qədər maraqlı olacaq. Və hazırkı bələdiyyə sədri ilə icra başçısı arasında münaqişəli vəziyyətin yaranacağı da istisna deyil.

Həmin məlumatda Sumqayıtın hazırkı icra başçısı Zakir Fərəcovun əmlaklarından söhbət gedir. Məlumatda deyilir ki, Sumqayıtda yerləşən 21-ci mikrorayona gedən yolun sağında şəhərin hazırkı icra başçısının 5 villası var. Qeyd edilir ki, bu villaların elektrik enerjisi ilə təmin etmək üçün orada 1000 nəfərin istifadə edə biləcəyi transformator quraşdırılıb.

Bildirilir ki, bu villalardan 50 metr qabaqda isə əhalinin hansı dəhşətli vəziyyətdə yaşadığını görmək lazımdır. 21-ci mikrorayonda nə normal yol var, nə də əhali stabil elektrik enerjisi ilə təmin olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq./jam

7news.az

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ