RU
Zakir Həsənov “ADEX-2018”-də - FOTO
10:46
314

Zakir Həsənov “ADEX-2018”-də - FOTO

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov "ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkiblər. 

7News.Az xəbər verir ki, hərbi strukturun rəhbərləri sərgidəki müxtəlif stendlərlə tanış olublar. 

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının iştirakçılara müraciətini oxuyub. 

Qeyd edək ki, bu gün Bakıda "ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb. 

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ