RU
Zakir Həsənov Almaniya səfiri ilə görüşüb
20:15
381

Zakir Həsənov Almaniya səfiri ilə görüşüb

Sentyabrın 21-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, yeni təyinatı ilə əlaqədar səfiri təbrik edən müdafiə naziri ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.

Səfir ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ