RU
Zakir Həsənov: “Azərbaycan ABŞ-la hərbi əməkdaşlığı genişləndirəcək” - FOTO
10:00
312

Zakir Həsənov: “Azərbaycan ABŞ-la hərbi əməkdaşlığı genişləndirəcək” - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 4-də Azərbaycanda

səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq

etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat

xidmətindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla

inkişaf etdiyini vurğulayaraq Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq,

o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti,

sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək"

qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb. Nazir bildirib ki, hər

iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da

genişləndirilməsində maraqlıdır. General-polkovnik Z.Həsənov qeyd edib ki,

ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının

artırılması qərara alınıb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən müdafiə

naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq

hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını

işğal altında saxladığını xüsusi vurğulayıb.

L.Kuper də, öz növbəsində, ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və

hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı

olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni,

o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper

ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, "Əfqanıstanda

bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı".

Qonaq Azərbaycanın terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın

Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o

cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb

hazırlığı məsələləri də müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ