RU
Zakir Həsənov bu gün Türkiyəyə gedir
11:20
27

Zakir Həsənov bu gün Türkiyəyə gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir.

Nazir Konyada yerləşən "Anadolu qartalı” Tədris Mərkəzində "Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ