Nazir hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb.
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə boyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb.
Bu barədə 7Newss.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.








