RU
Zakir Həsənov Ərdoğanla birgə hərbi təlimdə
13:17
1445

Zakir Həsənov Ərdoğanla birgə hərbi təlimdə

Türkiyənin İzmir şəhərində Azərbaycanın da iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimləri davam edir. 

7News.az xəbər verir ki, təlimlərdə həqiqi raketlərdən istifadə edilib və terrorla mübarizəyə daha çox diqqət ayrılıb.

 

Gecə təlimlərində isə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı hərbçiləri havadan, Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qətər və Səudiyyə Ərəbistanından olan hərbçilər dənizdən hücuma keçiblər. Xüsusi təyinatlılar ərazidə kəşfiyyat apardıqdan sonra quruya top zərbələri endirilib. İştirakçı ölkələrin Silahlı Qüvvələri "F 16" qırıcıları ilə müəyyən edilən hədəfləri bombardman ediblər.

Təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub. Yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib. Sonra Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

 

Təlimlərdə ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusundan 800-dən çox hərbçi iştirak edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ