Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA” və "AERO Vodochody” şirkətlərini ziyarət edib.
Bu barədə 7news.Az Müdafiə nazirliyinin mətbuat xidmətinəistinadən xəbər verir.
Müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.
7news.Az








