RU
Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı – RƏSMİ + FOTO
16:35
297

Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı – RƏSMİ + FOTO

Azərbaycanda iki general ehtiyata buraxılıb.

7News.Az bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.

 

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ